...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elmi müsabiqəsində qalib olan yeganə azərbaycanlı

Gündəm Materials 31 May 2018 12:01 (UTC +04:00)
UNEC-in I kurs tələbəsi Mirmehdi Əhmədzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) keçirdiyi beynəlxalq elmi müsabiqənin qalibi olub.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elmi müsabiqəsində qalib olan yeganə azərbaycanlı

Bakı. Trend:

UNEC-in I kurs tələbəsi Mirmehdi Əhmədzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) keçirdiyi beynəlxalq elmi müsabiqənin qalibi olub.

Universitetdən Trend-ə verilən məlumata görə, elmi müsabiqə “QDİƏT regionunda parlamentlərarası əməkdaşlığın 25 illiyi: Baxışlar və gələcək perspektivlər” mövzusunda olub. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan M.Əhmədzadə elmi müsabiqənin qalibi olan ilk azərbaycanlıdır. O, müsabiqədə “QDİƏT regionunda parlamentlərarası əməkdaşlığın 25 illiyi: Azərbaycandan baxış” mövzusunda elmi məqalə ilə iştirak edib. UNEC-in tələbəsi tədqiqatında ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara xüsusi yer verərək Azərbaycan ilə QDİƏT arasında əməkdaşlığın təhlilini aparıb.

M.Əhmədzadə əməkdaşlığın genişləndirilməsi səbəbləri ilə yanaşı, gələcəkdə yeni tərəfdaşlıq modelini də təqdim edib. Müəllif məqalədə region ölkələr arasında əməkdaşlığa əngəl olan faktorları, o cümlədən münaqişələri təhlil edərək regional problemlərin həlli ilə bağlı fikirlərini bölüşüb.

UNEC-in tələbəsinin tədqiqatı beynəlxalq qiymətləndirmə şurasının yüksək dəyərləndirməsi ilə qalib olub. M.Əhmədzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dəvəti ilə Albaniyanın paytaxtı Tiranada təşkil ediləcək mükafatlandırma mərasimində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti