...

Pasport, qeydiyyat və miqrasiya idarəsi bayram günlərində adi rejimdə çalışacaq (FOTO)

Gündəm Materials 14 İyun 2018 15:49 (UTC +04:00)
Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-dək qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcəkdir.
Pasport, qeydiyyat və miqrasiya idarəsi bayram günlərində adi rejimdə çalışacaq (FOTO)

Bakı. Samir Əli - Trend:

Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar 15-19 iyun tarixlərində qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri adi rejimdə işləyəcək.

DİN-dən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək.

Qeyd edək ki, Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar olaraq 15-19 iyun tarixlərində ölkədə qeyri-iş günüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti