...

Araz Ağalarov: "Jara" festivalı Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında böyük rol oynayacaq (FOTO)

Gündəm Materials 28 İyul 2018 16:30 (UTC +04:00)
Azərbaycanda istənilən beynəlxalq tədbir ölkənin məşhurlaşmasına xidmət edir
Araz Ağalarov: "Jara" festivalı Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında böyük rol oynayacaq (FOTO)

Bakı. Vüqar İmanov, Cani Babayeva - Trend:

"Crocus Group"un prezidenti, Bakı əsilli rusiyalı biznesmen Araz Ağalarov “Jara” Beynəlxalq Musiqi Festivalını yüksək qiymətləndirib.

Mətbuata müsahibəsində biznesmen deyib: "Jara" festivalı keçmiş Sovet İttifaqı ərazisində olan musiqi məkanında ən böyük hadisədir. Rusiyanın Birinci kanalının festivala diqqət ayıraraq bir neçə gündür ki, tədbiri işıqlandırması onu göstərir ki, bu, çox ciddi musiqi hadisəsidir. Azərbaycanda istənilən beynəlxalq tədbir ölkənin məşhurlaşmasına xidmət edir".

A.Ağalarov bu festivalın Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında böyük rol oynayacağını qeyd edib.

Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.

Bu gün festival çərçivəsində “Leninqrad” qrupu konsert proqramı təqdim edəcək. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcək.

İyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Habelə A`Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VİA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti