...

Nərimanovda ağacların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı materiallar polisə göndərilib

Gündəm Materials 7 Avqust 2018 15:12 (UTC +04:00)
Analizlərin nəticələri məlum olub
Nərimanovda ağacların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı materiallar polisə göndərilib

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların dibindən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə sulfat və nitrat ionunun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, faktla bağlı məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Nərimanov rayon Polis İdarəsinə göndərilib.

Xatırladaq ki, ETSN-yə Ağa Nemətulla küçəsi 1987 ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı şikayət daxil olmuşdu. Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunmuşdu. Sözügedən ağaclara aqrotexniki qulluq göstərilməsi və qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan yazılı göstəriş verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti