...

Yaddaş pozğunluğu olan 60 yaşlı kişi Bakıda itkin düşdü

Gündəm Materials 7 Sentyabr 2018 21:05 (UTC +04:00)
Tovuzdan Bakıya gələn kişi itkin düşüb.
Yaddaş pozğunluğu olan 60 yaşlı kişi Bakıda itkin düşdü

Bakı. Samir Əli - Trend:

Tovuzdan Bakıya gələn kişi itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə 1988-ci il təvəllüdlü Allahverdiyev Teymur Allahverdi oğlu müraciət edib. Bildirib ki, sentyabrın 1-də saat 10 radələrində Tovuz rayonunun Xatınlı kəndində onunla birgə yaşayan atası, 1958-ci il təvəllüdlü Allahverdiyev Allahverdi Qara oğlu yaşadığı evdən çıxaraq Bakı avtobusu ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlib və oradan itkin düşüb.

T.Allahverdiyev bildirib ki, atasında yaddaş pozğunluğu var.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti