...

64 yaşlı Türkiyə vətəndaşı Ağdaşda komaya düşüb öldü

Gündəm Materials 10 Sentyabr 2018 15:15 (UTC +04:00)
Ağdaş rayonunda Türkiyə vətəndaşı ölüb.
64 yaşlı Türkiyə vətəndaşı Ağdaşda komaya düşüb öldü

Bakı. Samir Əli - Trend:

Ağdaş rayonunda Türkiyə vətəndaşı ölüb.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzindəki kirayə evlərdən birində baş verib.

1954-cü il təvəllüdlü Dürser Mehmet Bülent Nurəddin oğlu sentyabrın 9-da kirayə yaşadığı evdə şəkərli diabet xəstəliyindən halı pisləşib və komaya düşüb.

Komatoz vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən xəstəyə ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə vətəndaşı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti