...

Tovuzda zəncirvari qəza: 4 maşın bir-birinə çırpıldı, yaralılar var

Gündəm Materials 29 Oktyabr 2018 10:25 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda zəncirvari qəza olub.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzi hissəsindəki avtomobil yolunda baş verib.

Yolda hərəkətdə olan avtomobillərdən birinin qəfil əyləci basması nəticəsində arxasınca hərəkət edən "Mercedes", "Opel", "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər bir-birinə çırpılıb.

Hadisə nəticəsində avtomobil sürücülərindən 2 nəfər - 1969-cu il təvəllüdlü İsmayılov Yaşar Bayram oğlu qapalı kəllə-beyin travması, 1970-ci il təvəllüdlü Babayev Mahir Əsəd oğlu isə baş nahiyəsinin çapılmış yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti