...

Saleh Məmmədov: Dekabrın 10-na qədər Babək prospektində işlər tam yekunlaşacaq

Gündəm Materials 16 Noyabr 2018 16:03 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakının Xətai rayonu, Babək prospektində yenidənqurma işləri davam etdirilir.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Agentlik rəhbəri bildirib ki, həmin prospektdə işlər yekunlaşmaq üzrədir: "Hazırda işlərin çox hissəsi yekunlaşıb. Prospektdə 1 kilometrlik məsafədə asfaltlanma işləri aparılır. Dekabrın 10-na qədər Babək prospektində işlər tam yekunlaşacaq və yol tam istifadəyə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti