...

Zaxarova: Nəsimi və Nizaminin şərəfinə tədbirlər Rusiya və Azərbaycan münasibətlərinin inkişafında müsbət məqamdır

Gündəm Materials 22 Noyabr 2018 18:34 (UTC +04:00)
Bunu rusiyalı diplomat "Vestnik Kafkaza"nın sorğusunu cavablandırarkən bildirib.
Zaxarova: Nəsimi və Nizaminin şərəfinə tədbirlər Rusiya və Azərbaycan münasibətlərinin inkişafında müsbət məqamdır

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) və Moskva Dövlət Universitetində (MDU) böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şərəfinə silsilə tədbirləri, eləcə də Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində Azərbaycan şairi Nizaminin poemaları əsasında “Yeddi gözəl” sərgisinin açılışını Rusiya-Azərbaycan humanitar əməkdaşlığında müsbət hadisə adlandırıb.

Trend-in məlumatına görə, bunu rusiyalı diplomat "Vestnik Kafkaza"nın sorğusunu cavablandırarkən bildirib.

M.Zaxarova deyib: "Biz bu tədbirləri ikitərəfli mədəni münasibətlərin inişafında pozitiv qiymtləndiririk".

Qeyd edək ki, noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) XIV-XV əsrlərin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.

Noyabrın 20-də isə Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə “Yeddi gözəl” sərgisi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti