...

Meşə fonduna ziyan vuran şəxs barədə toplanmış materiallar Baş Prokurorluğa göndərilib

Gündəm Materials 28 Noyabr 2018 09:27 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Göyçay şəhərində keçirilən reyd zamanı Ənvər Məmmədxanlı küçəsində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 52 kub.m həcmində müxtəlif cinsli meşə materialı aşkar edilib.
Meşə fonduna ziyan vuran şəxs barədə toplanmış materiallar Baş Prokurorluğa göndərilib

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Göyçay şəhərində keçirilən reyd zamanı Ənvər Məmmədxanlı küçəsində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 52 kub.m həcmində müxtəlif cinsli meşə materialı aşkar edilib.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı sexin sahibi Göyçay şəhər sakini Fəqan Vəliyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 6 652 manat məbləğində ziyan tətbiq olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti