...

Bakı sakininə qarşı quldurluq edən şəxslərə cəza verildi

Gündəm Materials 8 Dekabr 2018 17:58 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Saleh Muradov və Rəşad Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı sakininə qarşı quldurluq edən şəxslərə cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Saleh Muradov və Rəşad Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Muradov 9 il, R.Qurbanov isə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə martın 29-da Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində iki naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum edilmiş S.Muradov və R.Qurbanov saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti