...

Sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmaq təklif edilir

Gündəm Materials 4 Yanvar 2019 17:03 (UTC +04:00)
Rusiyada sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmaq təklif edilir.
Sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmaq təklif edilir

Bakı. Trend:

Rusiyanın Leninqrad vilayətinin Qanunverici məclisinin deputatı Vladimir Petrov sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmağı təklif edib.

Trend-in məlumatına görə, deputat müvafiq müraciəti mədəniyyət naziri Vladimir Medinskiyə göndərib.

V.Petrov bildirib ki, müasir dünyada heyvanlarla, xüsusilə də kütlə qarşısında nümayişlər zamanı insaflı davranmaq təbliğ olunur: "Artıq İspaniyada öküzlərin ölümü ilə başa çatan korrida döyüşlərindən tədricən imtina olunur".

O əlavə edib ki, Rusiyada təlimlər zamanı sirk heyvanlarına qarşı kobud hərəkətlər davam edir: "Bu, tamaşaçılara, xüsusilə uşaqların psixikasına mənfi təsir edə bilər. Buna görə də problemin həllində ilk addım yaş həddinin artırılması ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti