...

Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsi verən institutların sayı artırılıb

Gündəm Materials 16 Yanvar 2019 08:53 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Kənd Təsərrüfatı Nazirliyi üzrə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə Azərbaycan İlahiyyat İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti