...

Azərbaycan Türkiyədə hərbi təlimlərdə iştirak edəcək

Gündəm Materials 29 Aprel 2019 17:14 (UTC +04:00)
Azərbaycan Türkiyədə hərbi təlimlərdə iştirak edəcək.
Azərbaycan Türkiyədə hərbi təlimlərdə iştirak edəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) Türkiyədə keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

Trend-in məlumatına görə, təlimlər “Anadolu Ankası - 2019” adı altında keçiriləcək.

Azərbaycanla yanaşı, Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya HHQ-lərinin də qatılacağı hərbi təlimlər bu il mayın 13-24-də Konyada baş tutacaq.

Hərbi təlimlərdə adıçəkilən ölkələrdən ümumilikdə 100 hərbçi iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti