Bakı. Rufiz Hafizoğlu - Trend:
Antalyada hotellərin birində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın Kəmərdəki hoteldə qeydə alınıb.
Məlumata görə, yanğın hotelin SPA mərkəzində başlayıb. Yanğından dərhal sonra hoteldən 100-dən artıq turist təxliyə edilib.
Xəsarət alanın olmadığı bildirilir. Bununla belə əcnəbi turistlərin təşviş keçirdikləri qeyd edilir.
Yanğının hansı səbəbdən baş verməsi dəqiq məlum deyil.