...

Babək prospektindəki qəzada xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB) (FOTO)

Gündəm Materials 19 İyun 2019 10:20 (UTC +04:00)
Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Babək prospektindəki qəzada xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB) (FOTO)

İlk xəbər saat 09:17-də yayılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda səhər saatlarında baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.

Trend-in məlumatına görə, Babək prospektində baş vermiş qəzada iki nəfər - piyada və sürücü xəsarət alıblar.

Onlar, avtomobilin sürücü 1975-ci il təvəllüdlü Çubanov Emil Adilyeviç kəllə-beyin travması, said sümüyünün sınığı, piyada 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəmməd oğlu bud və baldır sümüklərinin sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

XXX

saat 09:17

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Babək prospektindən üzü şəhər istiqamətində baş verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə səbəbindən hazırda qeyd edilən hissədə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti