...

Ölkədə "qara yara"ya qarşı aparılan peyvəndləmə ilə bağlı son durum açıqlandı

Gündəm Materials 2 Avqust 2019 11:28 (UTC +04:00)
Bu ilin 6 ayı xüsusi təhlükəli xəstəliklər hesab olunan "qara yara" xəstəliyinə qarşı 2 milyon 530 milyon 204 baş iribuynuzlu, 7 milyon 185 min 984 xırdabuynuzlu heyvanlarda profilaktik peyvəndləmə aparılıb.
Ölkədə "qara yara"ya qarşı aparılan peyvəndləmə ilə bağlı son durum açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin 6 ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən xüsusi təhlükəli xəstəliklər hesab olunan "qara yara" xəstəliyinə qarşı 2 milyon 530 milyon 204 baş iribuynuzlu, 7 milyon 185 min 984 xırdabuynuzlu heyvanda, 4 min 105 donuzda və 81 min 363 baş təkdırnaqlıda, 320 baş dəvədə profilaktik peyvəndləmə aparılıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.

Şöbə müdirinin sözlərinə görə, bu müddət ərzində dabaq xəstəliyinə qarşı 2 milyon 542 min 133 baş iribuynuzlu, 6 milyon 992 min 13 baş xırdabuynuzlu heyvanda leptospiros xəstəliyinə qarşı, 375 min 917 baş iribuynuzlu, 195 min 831 baş xırdabuynuzlu heyvanda quduzluq xəstəliyinə qarşı, 239 min 136 baş itdə (o cümlədən 377 baş sahibsiz itdə, 617 baş iribuynuzlu heyvanda, 70 baş xırdabuynuzlu heyvanda), nodulyar dermatit xəstəliyinə qarşı 2 milyon 646 min 880 baş iribuynuzlu heyvanda, çiçək xəstəliyinə qarşı 8 milyon 111 min 569 baş davarda profilaktik peyvəndləmə aparılıb.

R.Salmanov qeyd edib ki, cari ilin 6 ayı ərzində bruselyoz xəstəliyinə qarşı "Ştamm-19" vaksini ilə 134 min 524 baş iribuynuzlu heyvanda, "Rev-1" vaksini ilə 515 min 936 baş xırdabuynuzlu heyvanda, donuzların taun xəstəliyinə qarşı 4 min 386 baş donuzda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı "H" vaksini ilə 23 milyon 138 min 83 baş quşda, "La-sota" vaksini ilə 30 milyon 655 min 682 baş cücədə peyvəndləmə aparılıb:

"O cümlədən, həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məsqsədilə 106 min 480 baş iribuynuzlu, 8 min 643 baş xırdabuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib. "Quş qripi"nə görə 2 dəfə seromonitorinq keçirilib, qan və pataloji materiallar müvafiq müayinələrdən keçirilib və nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkarlanmayıb.

Beləliklə, 2019-cu ilin 6 ayı ərzində respublikada epizotik vəziyyət sabit olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti