Bakı. Elçin Mehdiyev - Trend:
Kürdəmirdə quş oğrusu saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən iyunun 26-da rayon ərazisindəki evlərdən birinin həyətindən 55 ev quşu oğurlamaqda sübhəli bilinən şəhər sakini Ş.Əliyev saxlanılıb.