...

BŞBPİ Tolikə cavab verdi: Polisə qarşı irəli sürülən ittihamlar yalandır, əsassızdır

Gündəm Materials 27 Avqust 2019 12:00 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsi produsser Tarix Əliyevin (Tolik) polis haqqında iddialarına cavab verib.
BŞBPİ Tolikə cavab verdi: Polisə qarşı irəli sürülən ittihamlar yalandır, əsassızdır

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər Baş Polis İdarəsi teleaparıcı Tarix Əliyevin (Tolik) polis haqqında iddialarına cavab verib.

İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə, bəzi internet saytlarında teleaparıcı Tarix Əliyevin “Binəqədi rayon icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi” ilə bağlı iddialar səsləndirib: "Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, tərəfimizdən videomaterial araşdırılıb, orada əks olunan kadrlarda polis əməkdaşlarının iştirakı müşahidə olunmur: “Polisə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalandır, əsassızdır”.

E.Hacıyev əlavə edib ki, qeyd edilənləri nəzərə alaraq, polisin adı hallanan məlumatları hazırlayarkən paytaxt üzrə Bakı Şəhər Baş Polis İdarəsi ilə dəqiqləşdirilmə aparılmaqla yayımının təmin olunması jurnalistlərə tövsiyə edilir. Bu davranış tək polisin yox, eyni zamanda cəmiyyətin maraqlarına xidmət edir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti