Bakı. Samir Əli - Trend:
Bakı şəhəri üzrə vətəndaşların müraciətlərinə baxılması diqqətdə saxlanılır.
Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev məlumat verib.
Xidmət rəhbəri bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsi və tabeli polis orqanlarının şəxsi heyəti tərəfindən vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu işində nizam-intizama, qanunçuluğa riayət olunması diqqətdə saxlanılır:
"İnsan hüquq və azadlıqlarının təmin olunması “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nə və “Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Təlimatın rəhbər tələblərinə əməl olunur".