...

FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)

Gündəm Materials 9 Dekabr 2019 18:27 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyində tüstülənmə olub
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)

İlk xəbər saat 17:57-də yayılıb

Bakı. Samir Əli - Trend:

İran İslam Respublikasının Bakıdakı səfirliyində elektrik kabellərində tüstülənmə baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal əraziyə nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.

Nəticədə, bir inzibati otaqda elektrik kabelləri və 1,5 m² sahədə taxta atmalar yanıb.

Otağın, habelə inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.

saat 17:57

İranın Azərbaycandakı səfirliyində tüstülənmə olub.

Trend-in məlumatına görə, tüstülənmə səfirliyin binasında otaqlardan birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tüstülənmə binada təmir aparılan otaqlardan birində baş verib. FHN əməkdaşlarının səyi nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti