...

Azərbaycanda daha bir qoruğa milli qoruq statusu verilib

Gündəm Materials 25 Yanvar 2020 21:11 (UTC +04:00)
“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib
Azərbaycanda daha bir qoruğa milli qoruq statusu verilib

Bakı. Trend:

“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.

Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti