...

TƏBİB-ə müxtəlif idarə və təşkilatlardan əməkdaşlarının test edilməsi üçün tez-tez müraciətlər olur - Şöbə müddiri

Gündəm Materials 10 İyul 2020 17:46 (UTC +04:00)
TƏBİB-ə müxtəlif idarə və təşkilatlardan əməkdaşlarının test edilməsi üçün tez-tez müraciətlər olur - Şöbə müddiri

Bakı. Samir Əli - Trend:

TƏBİB-ə müxtəlif idarə və təşkilatlardan tez-tez müraciətlər olunur ki, ofislərdə əməkdaşları test edilsin.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, PSR testi əsasən yoluxma simptomu olan şəxslərdə aparılır: "Yoluxma nətcələri də tez-tez dəyişə bilər. Bu insanlarda rahatlıq yarada bilər ki, test olundusa, daha yoluxma olmayacaq. Vətəndaşlar sadəcə qaydalara və təmizliyə diqqət yetirməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti