...

BNA: Həftə sonu marşrutlar fəaliyyətini dayandıracaq

Gündəm Materials 24 İyul 2020 09:37 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi həftə sonu paytaxtda marşrut avtobuslarının fəaliyyətini dayandırması barədə məlumat yayıb.
BNA: Həftə sonu marşrutlar fəaliyyətini dayandıracaq

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) həftə sonu paytaxtda marşrut avtobuslarının fəaliyyətini dayandırması barədə məlumat yayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq:

"Bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti