...

ANAMA: Avqustda 227 ədəd sursat və mina aşkarlanıb (FOTO)

Gündəm Materials 1 Sentyabr 2020 01:28 (UTC +04:00)
ANAMA: Avqustda 227 ədəd sursat və mina aşkarlanıb (FOTO)

Bakı. Trend:

2020-ci ilin avqust ayı ərzində Agentlik tərəfindən Ağstafa, Astara, Bərdə, Cəbrayıl, Füzuli, Xocavənd, Qazax, Oğuz, Siyəzən, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 635 576 m² (63,56 ha) ərazi yoxlanılmış, 225 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 227 ədəd) və 2 279 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 579 nəfər əməliyyat heyəti, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

Avqust ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 4 (dörd), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 28 (iyirmi səkkiz), Dövlət Sərhəd Xidmətindən (DSX) - 3 (üç) və Rayon Polis şöbəsindən (RPŞ) - 1 (bir) müraciət daxil olunub (cəmi: 36 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 32 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olunub ki, nəticədə Ağstafa, Astara, Bərdə, Füzuli, Qazax, Oğuz, Siyəzən, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 10 173 m² ərazi yoxlanılıb, 49 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 51 ədəd) və 2 279 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 546 151 969 m² (54 615,2 ha) ərazi təmizlənmiş, 808 212 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2020-ci ilin avqust ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti