...

Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində ciddi təxribatlar törədib - Hüquqşünas

Gündəm Materials 4 Noyabr 2020 15:39 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində ciddi təxribatlar törədib - Hüquqşünas

Bakı. Samir Əli - Trend:

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində ciddi təxribat hadisələri baş verib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü, hüquqşünas Çingiz Qənizadə deyib.

O bildirib ki, artıq bir çox beynəlxalq təşkilat və dövlətlər məsələyə münasibət bildirib: "Ermənistan heç bir çərçivəyə sığmayan cinayətlər törədir. Son günlər 1949-cu il Cenevrə Konvensiyası və 1977-ci il Birləşmiş Millətlər Təşkilatının Qadın və Uşaqlar haqqında Konvensiyanın tələbləri pozulur. Ermənistan tərəfi bu sənədlərə məhəl qoymur. Amma konvensiyalara imza atan təşkilatlar bu prosesə biganə qalır. Azərbaycan vətəndaşlarının döyüş bölgəsindən kənarda məskunlaşdığı ərazilər atəşə tutulur. Ermənilər bu cinayətlərinə görə Azərbaycan Ordusu tərəfindən cavabını alır".

Ç.Qənizadə deyib ki, Ermənistan açıq şəkildə müharibə cinayətləri törətsə də, beynəlxalq təşkilatlar bu məsələyə göz yumur: "Ermənistan siyasi rəhbərliyinin göstərişi ilə erməni silahlı birləşmələri tərəfindən müharibə və insanlıq əleyhinə cinayətlər törədir. Ermənistan bununla bağlı ciddi şəkildə cəzalandırılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti