...

DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad edib (FOTO)

Gündəm Materials 12 Dekabr 2020 12:47 (UTC +04:00)
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad edib.

Trend DTX-nin saytına istinadən xəbər verir ki, müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti