...

Tibbi maska da istifadə etməyən koronavirus xəstəsi ictimai yerdə saxlanılıb

Gündəm Materials 12 Dekabr 2020 15:55 (UTC +04:00)
Tibbi maska da istifadə etməyən koronavirus xəstəsi ictimai yerdə saxlanılıb

Bakı. Samir Əli - Trend:

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 34 yaşlı Rəşad Əhmədov Binə qəsəbəsində ictimai yerdə tibbi maskadan istifadə etmədiyinə görə saxlanılıb.

DİN-dən Trend-ə bildirilib ki, araşdırma zamanı onun aktiv Covid-19 virusunun daşıyıcısı kimi qeydiyyatda olduğu müəyyən olunub. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti