...

Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına müddətli əlavələr ödənilib

Gündəm Materials 5 Yanvar 2021 12:26 (UTC +04:00)
Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına müddətli əlavələr ödənilib

Bakı. Trend:

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dekabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1 650 tibb işçisinə 1,5 mln manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti