Bakı. İlhamə İsabalayeva – Trend:
Bakıda nəqliyyatın, binaların sıx olması və asfalt örtüyü nəticəsində bəzi yerlərdə daha yüksək temperaturun müşahidə edilməsi mümkündür.
Trend-in məlumatına görə, bunu ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın regionlarında və iri şəhərlərdə özünəməxsus mikroiqlim şəraiti yaradılıb: “Bəzi ərazilərdə mikroiqlim şəraitini dəyişmək lazım deyil, əksinə, onu qorumaq lazımdır. Biz çalışaq ki, bəzi yerlərdə belə iqlim şəraitinə az müdaxilə olsun”.