...

Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb

Gündəm Materials 16 Yanvar 2021 09:23 (UTC +04:00)
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb

Bakı. Orxan Nəbiyev - Trend:

Ukrayna Azərbaycanı koronavirus pandemiyasının daha geniş yayıldığı "qırmızı zona" siyahısından çıxarıb.

Trend-in məlumatına görə, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, "qırmızı zona"dakı ölkələrin siyahısı 66-dək azaldılıb.

Təhlükəli hesab olunan ölkələr sırasından Azərbaycanla yanaşı, Türkiyə, Moldova, İran, Norveç, Bolqarıstan və digər ölkələr də çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti