...

Pandemiyaya görə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 30 faiz azalıb

Gündəm Materials 19 Fevral 2021 14:45 (UTC +04:00)
Pandemiyaya görə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 30  faiz azalıb

Bakı. Samir Əli - Trend:

Ali Məhkəmənin icraatında 2020-ci ildə 2019-cu ilə nisbətən az iş olub.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, bu səbəbdən baxılmış işlər - Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalıb. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 29,9 faiz azalıb.

Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb.

Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə olunub. Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti