Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:
Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC-yə yeni baş direktor təyin olunub.
Trend-in məlumatına görə, Əfqan Cəlilov bu vəzifəyə təyin edilib.
O, bu vəzifədə Emin Əfəndiyevi əvəz edib.
Ə.Cəlilov 2016-2020-ci illərdə "AGBank" ASC-də İdarə Heyətinin sədri, bu il fevralın 3-dən "Azərpoçt"da baş direktor müavini vəzifəsində işləyib.
Qeyd edək ki, ötən ay Nazim Süleymanov "Azərpoçt"un baş direktoru müavini vəzifəsinə təyin edilmişdi.