...

Zəngilanda 1000-dən çox ağac əkilib

Gündəm Materials 10 Mart 2021 14:50 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidməti və ANAMA-nın əməkdaşlarının iştirakı ilə 1000-dən çox ağac əkilib.

Trend-in məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

O qeyd edib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun ağaclar əkilib.

Xidmət rəsmisinin sözlərinə görə, yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işləri aparılacaq, hər bölgənin iqlim şəraitinə uyğun meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti