...

DİM-in bütün elektron xidmətləri və informasiya sistemləri dayandırılır - Xəbərdarlıq

Gündəm Materials 12 Mart 2021 09:50 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzin elektron xidmətlərindən istifadə edənlərə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, DİM istifadəçilərin nəzərinə çatdırır ki, Dövlət İmtahan Mərkəzinə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 2021-ci il 17,18,19 mart tarixlərində Mərkəzin bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti