...

Şəmkirdə toy edənlər məsuliyyətə cəlb olunub, restoran sahibi cərimələnib

Gündəm Materials 31 Mart 2021 10:22 (UTC +04:00)
Şəmkirdə toy edənlər məsuliyyətə cəlb olunub, restoran sahibi cərimələnib

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Qəsr” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 10 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb. Restoran sahibi barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 5000 manat miqdarında cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti