...

Kocaeli Ticarət Palatası idarə heyətinin sədri MÜSİAD Azərbaycanı ziyarət edib (FOTO)

Gündəm Materials 17 İyun 2021 20:56 (UTC +04:00)
Kocaeli Ticarət Palatası idarə heyətinin sədri MÜSİAD Azərbaycanı ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Kocaeli Ticarət Palatası İdarə Heyətinin sədri Necmi Bulut və vitse-prezident Hüseyn Gezer, Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsini ziyarət ediblər.

Bu barədə MÜSİAD-dan Trend-ə daxil olan məlumatda bildirilib.

Məlumata əsasən, İdarə Heyətinin sədri Necmi Bulut və vitse-prezident Hüseyn Gezer MÜSİAD Azərbaycan şöbəsinin vitse-prezidenti Sait Yinanç , idarə heyəti sədr müavini Rəşad Cabirli, eləcə də idarə heyəti üzvləri tərəfindən qarşılanıblar.

Görüş zamanı Türkiyənin Kocaeli Ticarət Palatası İdarə Heyətinə Azərbaycanda investisiya imkanları, dəstək və təşviqlər barədə məlumat verilib.

Qeyd edək ki, Kocaeli Ticarət Palatası 124 il əvvəl fəaliyyətə başlayıb və İstanbul Ticarət Palatasından sonra Türkiyənin ən qədim Ticarət Palatasıdır.

Kocaeli Ticarət Palatasının 16 min üzvü var.

2018-ci ildə Kocaelidəki gömrüklərdən 23 milyard 860 min dollarlıq ixracat həyata keçirilib, həmçinin 35 milyard 921 milyon dollarlıq mal idxal edilib.

Hazırda Kocaelidə 13 sənaye bölgəsi var.

Kocaeli Qara dənizə və Marmara dənizinə qədər olan sahilləri ilə ticarət, mədəniyyət və turizm baxımından xüsusi əhəmiyyətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti