...

Silahlı Qüvvələr Günü münasibətilə media-tur təşkil edilib (VİDEO)

Gündəm Materials 26 İyun 2021 16:19 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Kütləvi İnformasiya Nümayəndələri (KİV) üçün media-tur təşkil edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, media-tur çərçivəsində KİV nümayəndələri Müdafiə nazirliyinin və "FireLandProduction”-nun birgə təşkilatçılığı, eləcə də Azərbaycan Milli Güləş Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiyasının dəstəyi ilə, Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır" adlı tədbirdə iştirak edib və şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraiti ilə tanış olmaq məqsədi ilə N nömrəli hərbi hissəyə səfər ediblər.

Səfərin sonunda media nümayəndələri Şəhid övladları və hərbi qulluqçularla birlikdə nahar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti