...

Azərbaycan hərbçiləri Moskvada "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində iştirak edir (FOTO)

Gündəm Materials 21 Avqust 2021 15:48 (UTC +04:00)
Azərbaycan hərbçiləri Moskvada "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində iştirak edir (FOTO)

Bakı. Trend:

“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi keçirilir. Müsabiqədə Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının kollektivi təmsil edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yaradıcılıq müsabiqəsində komandamız "Vokal ustalığı", "Xoreoqrafik bacarıq", "Instrumental janr" və "Sərgi fəaliyyəti" mərhələləri üzrə mübarizə aparacaq.

Müsabiqə çərçivəsində hərbçilərimizin ifasında milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin ifası və Azərbaycan milli rəqsləri təqdim olunacaq.

Müsabiqə avqustun 22-dən sentyabrın 5-nə kimi davam edəcək.

Qeyd edək ki, yarışlarda 20-dək ölkədən beş yüzdən artıq musiqiçi, vokalist və rəqqas iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti