...

Ermənistan parlamentində dava düşüb (VİDEO)

Gündəm Materials 24 Avqust 2021 15:23 (UTC +04:00)
Ermənistan parlamentində dava düşüb (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın parlamentdə çıxışı zamanı müxalif deputatlarla təhlükəsizlik xidməti əməkdaşları arasında iğtişaş yaşanıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, deputatlar "Satqın Nikol" kimi şüarlar səsləndirib.

Qeyd olunur ki, baş nazirin çıxışından əvvəl bir qrup deputat parlament zalını tərk edib.

Xatırladaq ki, bu gün, həmçinin jurnalistlər də Ermənistan parlamentində aksiya keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti