...

Bakıda şirkət əməkdaşını cərəyan vurub öldürdü

Gündəm Materials 26 Avqust 2021 10:23 (UTC +04:00)
Bakıda şirkət əməkdaşını cərəyan vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Avqustun 25-i saat 17 radələrində Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında bir nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev qeyd edilən ünvanda elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti