...

Vaqif Dərgahlı yeni vəzifəyə təyin olundu

Gündəm Materials 1 Sentyabr 2021 12:29 (UTC +04:00)
Vaqif Dərgahlı yeni vəzifəyə təyin olundu

Bakı. Trend:

Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Mətbuat Xidmətinin rəisi vəzifəsi isə xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti