...

Vətənin azadlığını canından dəyərli bilənlər hər zaman zirvədə olur (FOTO)

Gündəm Materials 10 Sentyabr 2021 17:10 (UTC +04:00)
Vətənin azadlığını canından dəyərli bilənlər hər zaman zirvədə olur (FOTO)

Bakı. Trend:

Bu gün 10.09.2021-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin Kəlbiyev Şaiq Namiq oğlunun doğum günüdür.

Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E.Eyyubov adına 273 nömrəli tam orta məкtəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildən təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məкtəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012-2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb.27 sentyabrda düşmənə qarşı aparılan ədalət mübarizəmizdə ehtiyyatdan xidmətini davam etdirmək üçün ordu sıralarına göndərilib. 15.10.2020-ci il tarixində Suqovuşan-Ağdərə istiqaməti uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin doğum günü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Milli Məclisin deputatı, şəhidimizin xidmət etdiyi hərbi hissənin zabit heyyəti,döyüş yoldaşları şəhid Kəlbiyev Şaiq Namiq oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoyub, ruhuna dualar oxunub.

Daha sonra şəhidin evi ziyarət olunmuş, şəhid ailəsinə ərzaq və maddi yardım edilmişdir. Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti