“Mənim atam qəhrəmandır” və "Mənim oğlum qəhrəmandır" layihəsi Şuşada (FOTO)

“Mənim atam qəhrəmandır” və "Mənim oğlum qəhrəmandır" layihəsi Şuşada (FOTO)

Bakı. Trend:

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” adlı layihənin növbəti silsilə tədbiri bu dəfə Şuşa şəhərində keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Şəhid övladları səhər saatlarında hərbi polisin müşayiəti ilə onlara ayrılmış avtobuslarda Şuşa şəhərinə istiqamət alıblar. Şuşa şəhərinə “Zəfər marşı”nı ifa edərək daxil olan şəhid övladları tədbirə öz atalarının rəsmi həkk olunmuş geyimlərdə, digər uşaqlar subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə qatılıblar.

Şuşaya çatarkən onları İsa bulağında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qarşılayıb. Səhər yeməyi ərəfəsində doğum günü bu günə təsadüf edən şəhid Ramid Hacıyevin övladı Əlini hər kəs təbrik edib. Aydın Kərimov şəhidimizin balaca balasını hədiyyə ilə sevindirib və onun üçün Şuşada hazırlanmış tort kəsilib. Sonra tədbirə qonaq qismində qatılan Xalq artistləri Alim Qasımov və Zülfiyyə Xanbabayeva şəhid övladları, şəhid anaları üçün İsa bulağında “Qarabağın maralı” mahnısını ifa ediblər.

Bundan sonra tədbir iştirakçıları Yuxarı Gövhərağa məscidinə gediblər. Orada general-mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla şəhid anaları namaz qılıb, Allaha dua ediblər.

Tədbirə qatılan Olimpiya çempionlarımız Cıdır düzündə uşaqlar üçün güləş təlimi keçiblər. Yarışın sonunda Olimpiya çempionları həm əylənən, həm də yarışan uşaqların hər birini birinci yer medalı ilə təltif ediblər.

Tədbirin gedişində şəhid anaları Şuşa qalasının önündə şəhidlərimizin ruhuna ehsan bişirərək hazırda Şuşada xidmət edən əsgərlərə veriblər.

Sonra tədbirin rəsmi hissəsi keçirilib. Rəsmi hissədə aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra hamını müzəffər Ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Tədbirin ikinci aparıcısı Lalə Azərtaş general-mayor Polad Həşimovun anası Səmayə xanıma söz verib. “Bu torpaqları gördükcə bir daha təsəvvür edirəm ki, burada necə ağır döyüşlər gedib, oğullarımız, şəhid balalarımız necə qəhrəmanlıqlar göstəriblər”, - deyən şəhid anası qeyd edib ki, övlad həsrətinə dözmək çətin olsa da, oğlunun zəfərimizin bir parçası olması ilə qürur hissi keçirir. O, “Mənim atam qəhrəmandır” tədbirinin təşkilatçılarına dərin minnətdarlığını bildirərək Şuşaya ayaq basdıqları üçün xoşbəxt olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək şəhid analarına belə qəhrəman övladlar yetişdikləri üçün minnətdarlıq edib və qəhrəman oğullar var olduqca bu Vətənin də var olacağını deyib.
Tədbirdə çıxış edən “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov da öz növbəsində tədbirin əsas məqsədinin öz qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu bildirib. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrini hər zaman diqqətdə saxladığını vurğulayan C.Qurbanov bu tədbiri Şuşada keçirməyin onlar üçün şərəf olduğunu vurğulayıb.

Rəsmi hissənin sonunda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şəhid övladlarına “Xarıbülbül” döş nişanı hədiyyə ediblər.
Daha sonra qəhrəman övladları əsgərlərimizlə birlikdə Şuşa Qalasının önündəki “Xarıbülbül” nişanını torpağa bərkidiblər. Bu zaman şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov çıxış üçün söz istəyərək, təşkilatçılardan ona verilən “Xarıbülbül” nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya göndərmələrini xahiş edib. “Mənim bir böyük arzum var. Mən istəyirəm ki, Novruz bayramında Cıdır düzündə İlham əmi və Mehriban xala ilə birgə şəhidlərimizin anaları və övladları ilə əl-ələ tutub tonqalın ətrafında yallı gedək”, - deyə balaca Ağaseyid öz arzusunu dilə gətirib. O deyib: “Hər kəsin qarşısında söz verirəm ki, qəhrəman atam kimi mən də hər zaman Vətənimi qoruyacağam və sevəcəyəm”.

Qeyd edək ki, tədbirə fəxri qonaq qismində qatılan Azərbaycanın Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Rasim Balayev, Nurəddin Mehdixanlı şəhid övladları, şəhid anaları ilə öz hisslərini bölüşüb, səmərəli vaxt keçiriblər. Zülfiyyə Xanbabayeva Cıdır düzündə “Şuşanın dağları” mahnısını ifa edib.

Tədbirin sonunda Cıdır düzündə şəhid övladları sənət adamları ilə birlikdə "Zəfər marşı"nı ifa edərək səmaya ağ göyərçinlər uçurublar və bununla da dünyaya "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!" mesajını veriblər.

Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz nəticələr göstərib (FOTO)
Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz nəticələr göstərib (FOTO)
Loading Bars
Xəbər lenti
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib (FOTO/VİDEO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
Şirvanda "patı" satan şəxs saxlanılıb
Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub (FOTO)
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi (FOTO/VİDEO)
Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)
Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb (FOTO)
AzMİU-da koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb (FOTO)
Saatlıda Nərimanov kəndi və məcburi köçkün qəsəbəsinin içməli su təchizatı yenilənib (FOTO)
“İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü təşkil olunub (FOTO)
Havanın temperaturu aşağı enəcək, bəzi rayonlara qar yağacaq
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Dövlət qulluğunda 209 vakansiya üzrə müsahibələrin vaxtı müəyyənləşib
AzMİU-nun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib (FOTO)
İstehlaka yararsız qida məhsulları məhv edilib
Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirib
İqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib (FOTO)
Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
Təhsillə bağlı iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub (FOTO)
Abşeronda minik avtomobili yanıb
Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb (FOTO)
Xırdalanda iki nəfərin öldüyü kütləvi davanın digər iştirakçılarına da hökm oxundu
Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib
Turistlərin sevimli məkanı İçərişəhərdən FOTOREPORTAJ
Abşeronda şəhidlərə il mərasimi keçirilib (FOTO)
FHN-in Zığdakı hospitalının sabiq baş həkiminin məhkəməsində şahidlər dindirildi
Gəncənin sabiq icra başçısına sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək - Vüqar Süleymanov
Ölkə üzrə payız ağac əkininə başlanılıb (FOTO)
Ötən ilin noyabrından indiyədək 18 min hektardan çox ərazi təmizlənib - ANAMA sədri
Bakı sakinləri eyvanlarından Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı salamladılar (FOTO)
Dövlət Xidmətinin keçmiş rəisi mənimsədiyi 6 milyon manatı ödəyib
Azərbaycan nümayəndə heyəti Özbəkistanda prezident seçkilərini müşahidə edir
Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası
KOBİA Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır
Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni antirekord qeydə alınıb
Bakıda daha bir məktəb distant tədrisə keçib
Cəlilabadda karantini pozan restoran cərimələnib
Avropada enerji qiymətlərinin artması əhalini çıxılmaz vəziyyətə salıb (VİDEO)
Azərbaycanda dövriyyədə 22 milyarddan çox pul var
General-mayor Mustafa Nəsirovun 100 illik yubileyi qeyd edilib
İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Türkologiya Konqresində onlayn iştirak edib (FOTO)
Şəhid Vüsal İsmayılzadənin anım günü keçirilib (FOTO)
Bütün xəbərlər