...

Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

Gündəm Materials 23 Sentyabr 2021 15:29 (UTC +04:00)
Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

Bakı. Trend:

Fəxrəddin Hacıbəyli Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin olunub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev muzeyinin bərpa işlərindən sonra açılışı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti