...

Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub

Gündəm Materials 20 Oktyabr 2021 21:47 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstan Prokurorluğu ölkə Cinayət Məcəlləsinin 344 -cü maddəsinin birinci hissəsinə əsasən, Gürcüstanın məhkum edilmiş Mixeil Saakaşviliyə qarşı dövlət sərhədini qanunsuz keçmə faktı üzrə ittihamın irəli sürülməsi barədə qərar çıxarıb.

Trend-in məlumatına görə, Gürcüstan Prokurorluğundan bildirilib ki, Daxili İşlər Nazirliyi Mixeil Saakaşvilinin sərhəddi qanunsuz keçməsi ilə bağlı araşdırmalarını davam etdirir.

Bütün zəruri prosessual və istintaq hərəkətləri aktiv rejimdə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti