...

Həkəri və Bərgüşad çayları strateji əhəmiyyətə malikdir - AÇIQLAMA

Gündəm Materials 26 Oktyabr 2021 21:57 (UTC +04:00)
Həkəri və Bərgüşad çayları strateji əhəmiyyətə malikdir - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

İşğaldan azad olunmuş ərazilərimiz həm təbii ehtiyatlar, biomüxtəliflik, meşə ərazilərinin bolluğu, həm də su ehtiyatları baxımından çox zəngin bölgədir.

Bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. Onun sözlərinə görə, Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20 faizi məhz işğaldan azad olunan ərazilərin payına düşür: "Bölgənin ən gursulu çayları ilə əhatə olunan Qubadlı rayonu ərazisindən iki çay keçir. Bu çaylardan ən böyüyü Bərgüşad çayı, ikincisi isə Həkəri çayıdır ki, o da Bərgüşad çayının qoludur. Həkəri çayın Bərgüşad çayının qolu hesab edilməsinin əsas səbəbi Bərgüşad çayının daha uzun və bolsulu olması ilə əlaqədardır. Həkəri çayı öz başlanğıcını Laçın rayonu ərazisindən götürür. Çayın uzunluğu 113 km, orta illik su sərfi 10.7 m3/san-yə yaxındır. Həkəri çayın ən böyük qolu Zabux çayıdır".

Nazir müavini bildirib ki, Bərgüşad çayı isə öz başlanğıcını Bazarçay adı ilə Kəlbəcər rayonu ərazisindən götürür, Ermənistan ərazisindən keçir və Qubadlı ərazisində Həkəri çayı ilə birləşərək Zəngilan rayonunda Araz çayına tökülür: "Bərgüşad çayının uzunluğu 158 km, orta illik su sərfi 20,1 m3/san-yə yaxındır. Hər iki çay Araz çayının qollarıdır. Hər iki çay su ehtiyatları baxımından çox zəngindir və bu çayların Azərbaycanın ümumi su ehtiyatlarına əlavə olunması həmin ərazilərin, eyni zamanda, qonşu ərazilər olan Cəbrayıl, Ağdam, Füzuli rayonlarındakı əkin sahələrinin suvarılmasında, eləcə də yeni salınacaq Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin əhalisinin içməli su ilə təminatında böyük əhəmiyyət kəsb edəcək. Bu çayların üzərində iki su anbarının tikilməsi planlaşdırılır. Bununla bağlı layihələr artıq işlənilir".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti