...

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya etimad üçün təşəkkür edirəm - Mariana Vasileva

Gündəm Materials 6 Dekabr 2021 10:22 (UTC +04:00)
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya etimad üçün təşəkkür edirəm - Mariana Vasileva

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir. Dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm.

Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini Mariana Vasileva "Facebook" səhifəsində yazıb.

"Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram. Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam!!!” - deyə M.Vasileva vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli sərəncamı ilə Mariana Vasileva gənclər və idman nazirinin müavini təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti