...

Amnistiya aktı ən çox 30-40 yaş həddində olan insanlara tətbiq edilib - İdarə rəisi (FOTO)

Gündəm Materials 6 Dekabr 2021 14:55 (UTC +04:00)
Amnistiya aktı ən çox 30-40 yaş həddində olan insanlara tətbiq edilib - İdarə rəisi (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Amnistiya aktı ən çox 31-40 yaş həddində olan insanlara tətbiq edilib ki, bu da ümumi yaş kateqoriyalarının 35 faizini təşkil edir.

Trend-in məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, digər yaş kateqoriyalarına da amnistiya aktı tətbiq edilib.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti