...

Ötən il ailə münaqişəsi zəmnində 1000-ə yaxın cinayət törədilib

Gündəm Materials 27 Dekabr 2021 12:04 (UTC +04:00)
Ötən il ailə münaqişəsi zəmnində 1000-ə yaxın cinayət törədilib

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən il 973 cinayət qısqanclıq, ailə münaqişəsi və s. məişət problemləri zəmnində baş verib.

Trend-in məlumatına görə, bu barədə rəqəmlər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

2020-ci ildə ölkə üzrə qadınlara qarşı 5 176, o cümlədən zorakılıqla müşayiət olunan 2 067 cinayət qeydə alınıb. Həmin cinayətləri törətmiş 2 414 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti